Ukrayna Rusiyanın “Su-25” qırıcısını və "Ka-52" helikopterini vurub - VİDEO
Hadisə
7-09-2022, 14:00
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayəti səmasında Rusiyaya məxsus “Su-25” qırıcısını vurub.
Axin.Az xəbər verir ki, məlumatı UNIAN yayıb.
Hadisənin vilayətin Voloxov Yara rayonunda, Balakleya yaxınlığında baş verdiyi bildirilir.\
Ukrayna Silahlı Qüvvələrinin zenitçiləri sentyabrın 7-də səhər saatlarında Xerson vilayətinin hava məkanında Rusiya ordusuna məxsus "Ka-52" helikopterini vurublar.
“Report” UNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.
Məlumata görə, gecə saatlarında isə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiyanın əməliyyat-taktiki səviyyəli iki PUA-sını məhv edib.