Ukrayna Almaniyadan Hava Hücumundan Müdafiə (HHM) və mina təmizləmə sistemləri almaq niyyətindədir. AXİN.AZ xəbər verir ki, bu barədə Almaniyanın məşhur “Frankfurter Allgemeinen Sonntagszeitung” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Kiyevin Qara dəniz sahillərini “Rusiya hücumlarından qorumaq üçün” müdafiə silahlarına ehtiyacı var.
Qeyd olunur ki, Ukraynanın daha fərqli silahlar sifariş verməsi mümkündür.
Berlinin Kiyevə silah tədarükünə başlayıb-başlamayacağı dəqiq bilinmir.