Rusiyanın MİQ-31 qırıcısı ölkə sərhədinə doğru irəliləyən naməlum təyyarənin qarşısını alıb. Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, havaya qalxan rusiyalı pilotlar Barents dənizi üzərində Norveç Hava Qüvvələrinə məxsus olan patrul təyyarəsinin sərhədi keçməsinə imkan verməyiblər.
Xatırladaq ki, bu bir gündə Rusiya sərhədi yaxınlığında görünən dördüncü xarici hərbi təyyarədir. Bundan əvvəl Su-30 qırıcıları Qara dəniz üzərində iki "Dassault Mirage 2000" qırıcısını və Fransa Hava Qüvvələrinə məxsus bir yanacaq dolduran xüsusi təyyarəni saxlamışdı. Həmin hal zamanı da sərhəd pozuntusuna icazə verilməmişdi.
Şimal Donanmasına görə, Rusiya sərhədinə doğru irəliləyən yeni bir hava hədəfi Barents dənizi üzərində görüldü.