Uşağın 2 yaşı olanda valideynlər artıq onun bağçaya gedib- getməməsi barədə düşünürlər. Çünki artıq bir çox tanışların uşaqları bağçaya getməyə başlayırlar. Eyni zamanda kimlərsə uşağın bağçaya getməsini çox zəruri olduğunu deyir, başqaları isə bağçanın ziyanlarından danışır. Hər bir valideyndə uşaq bağçaları faydaları və ziyanları barədə ətraflı məlumat əldə etməyə ehtiyac yaranır. Ona görə də bu barədə ətraflı müzakirələr aparılmalı, valideynlər məlumatlandırılmalıdır. Uşaq bağçası nəyə lazımdır?
Uşaq bağçası uşağın erkən yaş dövründəkı normal inkişafında onun nitqinin, qavrayışının, düşüncəsinin, yaddaşının, davranışının arzuedilən şəkildə formalaşmasında mühüri rol oynayır. Aydındır ki, uşağın doğulduğu gündən məktəbəqədərkı dövrünə qədər əlverişli, müasir tələblərə uyğun şəkildə keçməsinə olduqca böyuk ehtiyac vardır. Amma təəssüf ki, indiki vaxtda valideynlərin əksəriyyəti öz doğma uşaqlarına lazım olan qədər kömək edə bilmirlər. Günü-gündən mürəkkəbləşən cəmiyyətdə, sabahki günün tələblərinin getdikcə artdığı bir zamanda körpələrin erkən yaş dövründəki inkişafına həm də mütəxəssislərin kömək etməsinə böyük ehtiyac vardır.
Indi erkən yaş dövrünün daha səmərəli keçməsi üçün bir cox elmi mərkəzlər, mütəxəssislər elmi araşdırmalar aparır, tövsiyələr hazırlayırlar. Valideynin imkanı yoxdur ki, bütün bu faydalı tövsiyələrlə yaxından tanış olsunlar. Yenə də mütəxəssisin köməyinə ehtiyac yaranır. Uşaq bağçası ilk növbədə belə mütəxəssislərin fəaliyyət göstərdiyi bir yerdir. Uşaq bağçasında həm də uşağın valideynlərdən ayrı, başqa insanlarım qayğısı içində yaşamağa öyrəndiyi, öz həmyaşıdları ile qarşılıqlı əlaqədə sosiallaşdığı, kollektiv həyata alışdığı bir yerdir. Uşaq burada evdə ala bilmədiyi məlumatları ala bilir, məşğələlərdə, oyunlarda iştirak edir, rejimə öyrənir - başqa sözlə, müasir dövrün tələblərinə uyğun olan bir təlim-tərbiyə sistemindən bəhrələnir. Uşaq bağçasının əsas məqsədi erkən yaş dövründə, məktəbəqədər dövrdə şəxsiyyət üçün mühüm olan keyfiyyətlə formalaşdırmaq, uşağın intellektual və fiziki imkanlarını hərtərəfli inkişaf etdirmək, müasir cəmiyyətdə həyata hazırlaşmaq, onun həyatının təhlükəsizliyini təmin etməkdir.
Uşaq bağçasında uşaqların fiziki, mənəvi, intellektual inkişafına, yaradıcılıq potensilanın daha çox üzə çıxmasına elmi tövsiyələr əsasında qayğı göstərilir. Uşaq bağçasında sosiallaşma prosesi keçmiş bir uşaqda cəmiyyət, mühit barədə daha aydın təsəvvür olur.
Bir məsələni də nəzərə almaq lazımdır. Evdə valideynlərlə uşaq arasında xüsusi bir münasibət olur. Uşaq bir çox hallarda valideynin ona sevgisindən sui-istifadə edir. Yaxud, valideyn özü onu əzizləyərək ciddiliyi unudur, uşaqda ərköyünlük ovqatı yaradır. Bu isə ümumən təlim-tərbiyə prosesinə mənfi təsir edir. Baxçada isə uşaq bağça işçiləri ilə öz arasında müəyyən bir rəsmiyyət olduğunu hiss edir. Bu isə onun tərbiyəçinin dediyinə daha məsuliyyətlə yanaşmasına kömək edir.
Uşaq bağçalarında uşaqların həm qapalı otaq şəraitində, həm də açıq havada oynaması üçün daha uyğun, geniş, münasib şərait olur. Eyni zamanda oyun meydançalarındakı müasir əyləncə vasitələrinin çeşidi də çox olur. Bu, uşaqların bağçada fiziki cəhətdən də inkişafına kömək edir.
Ümumiyyətlə, bağça mühiti uşaqların daha məqsədəuyğun şəkildə formalaşmasınə xeyli kömək edir.
Amma eyni zamanda uşağı bağçaya göndərməyi lazım bilməyənlər də vardır. Bəzi insanlar fikirləşir ki, əgər ana evdar qadındırsa, bütün vaxtı öz uşağının tərbiyəsi ilə məşğul ola bilirsə, yaxud bu funksiyanı evdəki nənə yerinə yetirirsə, o zaman uşağı baxçaya göndərmək düzgün deyil. Belələrinin fikrincə, uşağı yalnız o zaman bağçaya göndərmək lazımdır ki, onun evdə qalması anaya işə getməyə imkan vermir. Yəni, başqa sözlə, uşaq yalnız ananın işə getməsinə mane olduqda onu bağçaya vermək lazımdır. Qeyd etmək lazımdır ki, bu fikir uzun illər bizim ölkəmizdə geniş yayılmışdı.
Uşaq bağçalarına tərəfdar olanlarla, onun əleyinə olanların ümumi fikirlərini nəzərdən keçirək.
A. Uşaq bağçalarının fəaliyyətinə böyük ehtiyac olduğunu, uşaqların uşaq bağçalarına getməyini vacib sayanların fikirləri:
1) Uşaq bağçası uşaqlara öz yaşıdları ilə ünsiyyət qurmağa, daha sürətlə sosiallaşmağa kömək edir;
2) Uşaq bağçasında uşaqların inkişafı üçün lazım olan hər cür avadanlıqlar, oyuncaqlar, oyun meydanları vardır,
3) Uşaq bağçasında uşağın inkişafının normal olaraq davam etməsinə kömək edən mütəxəssislər müəllimlər, psixoloqlar, loqopedlər, həkimlər var.
4) Uşaq bağçası uşağa rejimlə yaşamaq, qidalanmaq qaydalarını öyrədir. Onlar rejimlə qidalanır, yatır, müxtəlif fəaliyyətlərlə məşğul olurlar.
5) Uşaq bağçası uşaqlara zərərli qidalardan uzaq tutur, onlara yalnız sağlamlıq üçün vacib olan qidalar verir.
6) Gigiyena qaydalarına daha çox əməl etmələri üçün vərdişlər yaradır.
7) Uşaq bağçası uşaqda müstəqilliyi inkişaf etdirir.
8) Uşaqlarda kollektivlik hisslərini gücləndirir.
9) Uşaqlarda eqoist psixologiyanın formalaşmasının qarşısını alır.
10) Uşaqların qabiliyyətlərinin, istedadlarının, maraq dairələrinin daha yaxşı və vaxtında aşkar etməyə kömək edir.
11) Uşaq bağçasında uşağın sağlamlığı, səhhəti həkimlərin nəzarəti altında olur. Hansısa bir xəstəliyi olanda daha tez müəyyən edilir ki, bu da müalicəni asanlaşdırır.
12) Uşaq bağçası uşaqları zərərli olan vərdişlərdən - elektron cihazlarda musiqiyə, cizgi filmlərinə baxmaqdan uzaqlaşdırır.
Bütün günü televiziyaya baxmaqdan xilas edir. Bunun əvəzinə faydalı məşğuliyyətlər təşkil edir.
13) Uşaq bağçası anaya işləmək imkanı yaradır. İşləməyən analara isə öz dünyagörüşlərini artırmaq, sağlamlıqlarını qorumaq, özünə, ailəyə qulluq üçün imkanlar yaradır.
14) Uşaq bağçası uşağı bir çox evdə baş verən gərginliklərdən uzaq tutur,
15) Bir çox valideynlərin öz uşaqlarını tərbiyə etmək, yetiş dirmək üçün zəruri biliklərə malik deyillər. Uşaq bağçaları bu məsələdə onlara kömək edir. Uşaqlar müasir tələblər əsasında formalaşır,
16) Uşağı bağçaya gedən valideynlər bağça ilə əlaqədə öz uşaqlarının daha yaxşı formalaşması üçün metodlar öyrənirlər.
B. Uşaq bağçasının əleyhinə olanların fikirləri:
1) Uşaqların daha erkən yaşında sosiallaşması ehtiyacını şişirtmək lazım deyildir. Uşaq elə öz evində, ailəsində, yaxınla rın, doğmaların əhatəsində də sosiallaşır. Həm də bu zaman təbii yolla sosiallaşır. Müxtəlif yaşda insanlarla ünsiyyətdə ola ola, doğma insanların əhatəsində sosiallaşır. Uşaq bağçasında isə o, öz doğmalarının əhatəsindən, doğma təmasından, sevgisindən ayrı düşərək, daxilən xiffət çəkərək, psixoloji zərbə alaraq, yalnız həmyaşıdları ilə ünsiyyətdə sosiallaşır. Uşaq öz daxili dünyasından da uzaqlaşır.
2) Uşaq bağçasındakı həyat təbə yox, süni həyat formasıdır. Hərbi rejimi xatırladır,
3) Uşaq bağçası uşağın öz ailəsi, xüsusilə anası ilə bağlılığına pis təsir göstərir. Bu isə get-gedə ailə üzvləri arasındakı ümumi bağlılığa təsir edir. Uşaq evdə bütün ailə üzvlərinin, xüsusilə atası ilə anasının bağlılığımı gücləndirmək funksiyasını itirir. Bağçadan evə gələndə də fikri bağçada qalır, ailə üzvləri bir qədər yadlaşır. Ailə onu o qədər də özünə cəlb etmir. O get-gedə ailə üzvülərini yaxşı başa düşmür, yaxud uşaqda onlara qarşı bir tənqidi münasibət formalaşır. Analarda da dəyi şiklik baş verir, onlarda ana məhəbbəti zəifləyir. Ananın isə fikri daha çox işlədiyi iş yerinin, sərbəstliyinin, rəfiqələri ilə söhbətin, asudə vaxtını əyləncələrlə, sərgüzəştlərlə keçirmək yanında qalır. Həm uşaqda, həm anada, həm də digər ailə üzvlərində müəyyən şüuraltı dəyişiklik baş verir.
4) Uşaq bağçalarının uşaqları məktəbə daha yaxşı hazırlaması məsələsi də sual altındadır. Əslində, cəmiyyətdə işlər elə qurula bilər ki, evdə valideynlər öz uşaqlarını qayğı, sevgi içində məktəb üçün daha yaxşı hazırlaya bilərlər. Bu deyilənlərdə həqiqət vardır. Çünki bizim ölkəmizdə, ötən əsrdə, xüsusilə 50- ci illərdən sonra, 80-ci illərə qədər uşaqları məktəblərə evdə öz valideynləri, əsasən anaları hazırlayırdılar. Həmin uşaqların əksəriyyəti indi böyük alimlər, mütəxəssislər, siyasi xadimlərdir.
5) Uşaq bağçasında uşağı hansısa bir işlə uzun müddət məşğul olmağa zor ilə məcbur etmək onun əsəblərində gərginlik yaradır. Uşaq bütün günü kollektivdə səs küyün içində olur. Sərbəst düşünmək imkanı olmur. Bu isə uşağın potensialının təbii olaraq açılmasına zərər verir. Əksinə, onu müəyyən bir çərçivəyə salır.
6) Bağça işçilərinin heç də hamısı lazımi səviyyədə təhsil almamış, tələb olunan keyfiyyətdə bir mütəxəssis kimi yetişməmişlər. Bağçaların hamısında iş müasir dövrün tələbləri səviyyədə qurulmamışdır. Ona görə də belə bir mühit heç də nəzəri olaraq təsvir edilən mühit deyildir.
7) Uşaq bağçasında uşaq öz sərbəstliyini itirir, onda itaətkarlıq psixologiyası formalaşır. Bu baxımdan bəziləri uşaq bağçasını inqubatora bənzədir.
8) Ev şəraitində böyüyən uşaq sərbəst olur. Davranış normalarına məcburən, qısa bir zamanda yox, tədricən yiyələnir. Onun məsuliyyət sahəsi tədricən genişlənir.
9) Bağçaya gedən uşaqlar arasında psixoloji sarsıntı hesabına immuniteti zəifləyənlər çox olur. Bu isə onların tez-tez xəstələnməsinə səbəb olur. Bağçada hər hansı bir yoluxucu xəstəliyə yoluxma ehtimalı da çoxdur. Xüsusilə bu indiki pandemiya dövründə özünü daha çox göstərdi. Təəssüf ki, elə bir dövr gəlmişdir ki, indi qorxulu viruslar daha çox yayılmaqdadır. Belə olan halda bağçaya getmək artıq sağlamlıq cəhətdən təhlükəni xeyli artınb.
10) Uşaq bağçasında uşağın həyat şəraitinin tənzimlənməsinə fərdi yanaşma yoxdur. Hər bir üçün fərdi rejim, fərdi həyat tərzi təşkil etmək mümkün deyil. Amma müxtəlif amillərin, məsələn, uşağın evdəki səraitindən, psixoloji tipindən, sağlamlığının xarakterindən, havadan, öz əhval-ruhiyyəsindən və s. asılı olaraq bioritmi dəyişir. Bağçada bu dəyişiklikləri nəzərə alaraq, onun təlabatına uyğun bir həyat şəraiti qurmaq mümkün deyil. Uşaqların hamısı məcburdur ki, eyni həyat şəraitində ya şasınlar. Bu isə bəzi uşaqlarda əsəb sisteminə, həzm sisteminə, psixoloji vəziyyətinə mənfi təsir edə bilər.
11) Uşaq üçün ailədə daha doğma, onun tərbiyəsi üçun da ha gözəl, mehriban, nəzakətli mühit ola bilər. Uşağın zəif cəhətlərini, bununla bağlı kompleksi ortadan götürmək üçün ol duqca faydalı işlər görmək mümkündür. Amma bağçada bu kompleks daha da zərərli təsir göstərə bilər. Uşaqda ruh düş künlüyü yarada bilər. O ya kobudlaşa bilər, yaxud da başqalarını yamsılayan itaətkar bir insana çevrilər.
12) Uşaq bağçası fərdiliyə ciddi ziyan vurur. Bir qayda olaraq, bağçada uşaqlara "hamı kimi olmaq" psixologiyası diktə edilir. Uşaq evdə olarsa, yaxın insanlara diqqət yetirərək, özləri seçim edərək sərbəst inkişaf etmək əvəzinə bir-birini təqlid etməyə başlayırlar.
13) Təbii olaraq bütün müəlimlər, tərbiyəçilər eyni dərə- cədə qayğıkeş deyillər. Hamıya aydındır ki, uşaq bağçasında fərqli insanlar işləyirlər. Onların hamısında uşaqlara sevgi, qayğıkeşlik hissi eyni dərəcədə deyildir. Bəzilərinin heç bu peşədən xoşları da gəlmir. Ona görə də onların hamısından uşaqlara lazımi qədər qayğıkeşlik gözləmək olmaz. Uşaqlar isə olduqca həssasdırlar. Bu, onların psixikasına mənfi təsir edir.
Beləliklə, uşaq bağçasının fəaliyyətini vacib sayanların, eyni zamanda uşaqların bağçaya getməsinə tərəfdar olmayanların fikirləri ilə tanış olduq. Yəqin ki, kimsə birincilər- lə, kim isə ikincilərlə daha çox razılaşır. Amma, əslində, da- ha dərindən düşündükdə həm birinci tərəfin mövqeyini, həm də ikinci tərəfin mövqeyini tamamilə dəstəkləmək doğru olmaz. Hər iki tərəfin dediyində həqiqət vardır. Fikrimizcə, hər zaman konkret bir vəziyyət üçün hər iki tərəfin dediklərini nəzərə alıb, daha optimal bir variant seçmə- yə ehtiyac vardır. Misal üçün, uşaqların bağçaya getməməsinin tərəfdarları olanlar, xəyallarında normal, ailə münasi- bətləri qaydasında olan, imkanları kifayət qədər məqbul olan bir ailəni nəzərdə tuturlar. Bəs bunlar olmadıqda? Əgər ailədə gərginlik varsa, maddi imkanlar aşağıdırsa, valideynlərin öz uşağının tərbiyə etməsi üçün lazımi bilikləri, vaxtları yoxdursa, yaxud sağlamlıq vəziyyətləri buna imkan vermirsə? Təbii ki, bu zaman bağçaya olduqca böyük ehtiyac yaranır. Ola bilsin ki, ailənin maddi imkanları olduqca yüksək də ola bilər. Amma evdə uşağın təlim tərbiyəsi ilə lazımi şəkildə məşğul olmağa imkan olmaya bilər. O zaman da bağçaya ehtiyac yaranır.
Təəssüf ki, indiki vaxtda pandemiya ilə əlaqədar olaraq biz istəsək də, istəməsək də uşaq bağçaları öz fəaliyyətini dayandırmışdır. Yer üzündə, eləcə də bizim ölkəmizdə yeni bir dövr başlamışdır - virus təhlükəsi erası. Koronavirus bəlası bitəndən sonra başqa virusların da yayılacağı gözlənilir. Bütün bu acınacaqlı hallar nə qədər az, ya çox olsa da, hər bir ölkənin, xalqın qarşısında yeni nəslin keyfiyyətli, məqsədəuyğun şəkildə böyüməsi məsələsi öz aktuallığını saxlayır. Deməli, biz indi daha çox uşaq bağçaları olmadan bu sahədəki işlərimizi səmərəli qurmaq haqda düşünməliyik. Yəni, elə bir mexanizmlər qurmaq, təlim-tərbiyə sistemi yaratmalıyıq ki, bağçalar fəaliyyətdə olmayanda da uşaqlarımızın normal inkişafına nail ola bilək.
Mənbə: "Ömrün uğurlu bünövrəsi" (Əhməd Qəşəmoğlu)Vəfa Alcanova,
Axın.az