Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 50 610 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 097 tank, 4 520 zirehli döyüş maşını, 1194 artilleriya sistemi, 300 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 237 təyyarə, 208 helikopter, 880 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 320 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.