Ölkədə postmüharibə dönəmində özünü göstərən problemlər və onların həlli cəmiyyətdə aktiv müzakirə olunur. Prezident mövqe qoydu və hərbçilərin maaşları artırıldı. O zaman bu lazımsız şou kimə lazım idi? Nədən hakimiyyətə bu qədər tənqid gəlməliydi? Hakimiyyətin rəqiblərinin çörəyinə yağ sürtülməliydi?
YAP qurultay keçirsə, qocalar getsə, gənclər və yeni simalar gələcək. Sonra? Ənənəvi yanaşma dəyişəcəkmi? Partiyadaxili demokratiya olacaqmı? Hakim partiyanın kadrlarının dəyişməsi nəyi dəyişəcək?
Müharibən uduzan ölkə başçısına ölkəsində niyə bu qədər dəstək var? Ermənilər Qarabağın Azərbaycana qayıtmasından məmnundular, ona görəmi Paşinyanı dəstəklədilər, onu devirmədilər? Hətta belə bir rəy də var ki, Moskva Paşinyanı devirmək istəyir, amma gücü çatmır. Bu, realdırmı?
"İsgəndər" raketləri göydə vurulmadan Bakıya düşsəydi, bu, müharibənin gedişinə hansı təsiri göstərirdi? İkincisi, haranı hədəf ala bilərdi düşmən, raket hara düşərdi?
Erməni general-mayor Arkadi Tadevosyan deyib ki, Paşinyan hakimiyyətdə qalsa tezliklə Zəngəzur Azərbaycana veriləcək. Müharibə gedən vaxtlardan bəri bu məsələ zaman-zaman deyilir, yazılır. Əsasən də ermənilər bunu tirajlayır. Zəngəzurun Azərbaycana verilməsi realdımı indiki şərtlərdə. Prezident İlham Əliyev qələbə paradında məhz Zəngəzurun adını çəkərək, onu və digər klassik Azərbaycan bölgələrini milli hədəflər sırasında göstərib. Prezident demişdi ki, növbəti hədəfimiz Zəngəzurdu, İrəvandı.