Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb.
“Axin.az” “News.am”a istinadən xəbər verir ki, irəli sürülən təklif ölkənin Hərbi Polis rəisi, polkovnik Artur Baqdasaryanın və Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılması ilə bağlıdır.
Qeyd olunub ki, Prezident Armen Sarqsyanın təklifi imzalamaq üçün 3 gün müddəti var.
Xatırladaq ki, erməni mətbuatında son zamanlar Ermənistan ordusunda baş vermiş ölüm hadisələri ilə əlaqədar Hərbi Polis rəisi Artur Baqdasaryanın istefaya göndərilməsi barədə xəbərlər yayılmışdı.