Qarabağda hansı ermənilərlə yaşayacağıq? - Tural Abbaslı ilə "Canlı debat"
Siyasət
18-02-2021, 12:30
Prezident hakimiyyəti partiyasızlaşdırır - hər şey xalq və dövlət üçün modeli ilə. Sivil dünya idarəetməsində partiyalı hakimiyyətlər hələ çox olsa da, bu siyasət zaman-zaman oppönentlərin tənqidlərinə də məruz qalır. Azərbaycanda hakimiyyətdə faktiki YAP sədri olsa da, son illər aparılan partiyasızlaşdırma siyasəti diqqət çəkir. Bu siyasət nədən xəbər verir və nə ilə nəticələnəcək?
Qarabağda birgəyaşayışdan danışılır - amma hansı ermənilərlə... ATƏT həmsədrlərinin videoformatda görüşündə hər iki ölkənin xarici işlər naziri ilə "əmin-amanlıq şəraitində birgəyaşayışın vacibliyi vurğulanıb". Azərbaycanın mövqeyi Prezident səviyyəsində hələ müharibə dövründə də elan olunub, buna çağırışlar edilib. Amma biz hansı erməni ilə birgə yaşayaq? 10 noyabr anlaşmasından dərhal sonra Xocavəndə terrorçular göndərən ermənilərlə? Yoxsa faşist Nijdeyə heykəl qoyanlarla? Təxribatçı addımlarını dayandırmayan, Azərbaycana hələ də düşmənçilik aşılayan "dqr" quldurlarıyla? Bizi birgə yaşayışa çağıran beynəlxalq güclər ermənilərə "adam olun!" niyə demir?
Ara Ayvazyanla Lavrov görüşü - nələr müzakirə olunub, rəsmi Bakının bu görüşə reaksiyası necə olacaq? Görüşdən əvvəl Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub. Bu detal nəyi göstərir?
Xüsusi təyinatlıların Qarabağda əməliyyatı, Araik Arutunyanın Qarabağda rəsmi dövlət dilinin rus dili olması ilə bağlı manevrləri, ümumən Qaradağdakı vəziyyət də gündəmin əsas müzakirə mövzularındandır.
Bu və digər mövzuları Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik. T.Abbaslı həmçinin son günlər ona qarşı edilən hücumlara da toxunur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.