Ölkədə korrupsioner məmurlara qarşı əməliyyat başlanıb. Eks nazir Səlim Müslümovdan sonra növbə kimindir? Məmurların yenidən həbs dalğası başlana bilərmi? "5-ci kolon" ölkədə qəsdən qarışıq yaratmağa çalışır? Ramiz Mehdiyev faktoru yenidən aktivləşir? Məqsəd bizim Qarabağda əlimizi zəiflətməkdirmi? Diqqətimizi ölkədaxili sosial, siyasi problemlərə cəmləşdirib, Qarabağı unutdurmaq istəyənlər kimlərdir?
Bu və digər suallar bu gün "Canlı debat"da iqtidar-müxalifət qarşılaşması fonunda müzakirə edilir. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirov və Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.