Son dönəmlər iqtidarın müdafiəçiləri və onların bu müdafiə taktikasında istifadə etdiyi üsullar cəmiyyətdə müzakirə olunur. Bir çox hallarda bu şəxslər müdafiədən daha çox, neqativ doğururlar. Bəs təbliğat, qarşı düşərgə ilə mübarizə vasitələri necə olmalıdır? İqtidar müdafiə və təbliğatını necə qurmalıdır? Hakim komandanın üzvləri bu tələblərə niyə cavab vermir? Və onlar bu tələblərə cavab vermədiyi üçün də yeni iqtidar təbliğatçıları meydana çıxıb, uğursuz addımlar atır? Müxain ruporları onlardan nə ilə fərqlənirlər? Üstündülərmi, yoxsa onların taktikası da fərqli deyil?
YAP-da yeni yapılanma, qurultay xəbərləri...bəlkə bu narazılıqların fonunda yaranıb? Yeni kadrlar, yeni təbliğat vasitələrinə ehtiyac var?
Bu mövzu ilə bağlı yazdığı statusla gündəmə gələn eks deputat, telejurnalist Etibar Hüseynovla Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli "Canlı debat"da üz-üzə gələcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.