İlham Əliyev düşməndən azad etdiyi, işğaldan qurtardığı torpaqları bərpa edir, o torpaqlarda bayrağımızı qaldırır, amma onun bəzi siyasi opponentləri deyir, "Qarabağdan Azərbaycana təhlükə var", ya da hələ də iddia edirlər ki, iqtidar Qarabağı ruslara satdı və s. Bu mövqe nə dərəcədə ağıllı və doğru mövqedir? Bu mövzuda opponentlik harda başlayıb, harda bitməlidir?
Ölkədə inhisarçı və korrupsionerlərə qarşı mübarizənin yeni dalğası başlanıb. Bu dəfə onların kökünü tam kəsmək mümkün olacaqmı? Ümumiyyətlə, mübarizə necə aparılmalıdır?
Bu və gündəmdəki digər mövzuları mövqelər savaşı kontekstində müzakirə edəcəyik. Bugünkü debatlmızın qonaqları Ağ Partiya başqanının köməkçisi Mətləb Aslanov və "İslahatçı gənclər" ictimai birliyinin sədri Fərid Şahbazlıdır.