Bu dəqiqələrdə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində davam edən PSJ – “Mançester Siti” oyununda Fransa klubu rəqibin qapısından ikinci qolu keçirib.
Parislilərin heyətində ikinci qolu arqentinalı hücumçu Lionel Messi keçirib. Ulduz futbolçu oyunun 74-cü dəqiqəsində fərqlənib.
Bu qol L.Messinin PSJ-nin forması ilə vurduğu ilk qoldur.
Qeyd edək ki, oyunda İngiltərə klubunun qapısına ilk qolu İdrissa Qana Qeye keçirib.