Sinqapurda F-16 qırıcı təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sinqapur Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarəsinin havaya qalxması zamanı problem yaranıb.
Qırıcı qısa müddət sonra Tengah aviabazasında qəzaya uğrayıb.
Qəzada yaralanan pilota ilkin tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.