Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start veriləcək.
Axın.az xəbər verir ki, A, B, C və D qrupunda maraqlı görüşlər keçiriləcək.
Təbii ki, ən maraqlı görüş Fransanın paytaxtı Parisdə baş tutacaq. İlk turda Belçika səfərindən 3 xalla dönə bilməyən “Mançester Siti” PSJ-nin qonağı olacaq. Ərəblərin maliyyələşdirdiyi Fransa və İngiltərə çempionları bu il artıq iki dəfə bu turnirdə qarşılaşıb. “Siti” ötən mövsüm yarımfinalda PSJ-yə 2:1 və 2:0 qalib gəlməklə finala çıxıb.
PSJ-də bu matç öncəsi yetərincə itkilər var. Belə ki, Xuan Bernat, İsmael Qarbi, Levin Kürzava və Serxio Ramos zədəli, Anxel Di Mariya isə cəzalıdır. Həmçinin zədəsi olan Kolan Daqba, Lionel Messi və Marko Verrattinin meydana çıxması sual altındadır. “Siti”də isə aparıcı futbolçulardan türk əsilli İlkay Gündoğanın oynaması dəqiq bilinmir.
A qrupu
23:00 PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)
23:00 “Leypsiq” (Almaniya) – “Bruqe” (Belçika)
B qrupu
23:00 “Milan” (İtaliya) – “Atletiko” (İspaniya)
23:00 “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
C qrupu
20:45 “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)
23:00 “Borusiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya)
D qrupu
20:45 “Şaxtyor” (Ukrayna) – “İnter” (İtaliya)
23:00 “Real” (İspaniya) – “Şeriff” (Moldova)
Səbuhi Musayev