"Fənərbaxça"nın futbolçusu Dimitrios Pelkas zədələnib.
Axin.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Beləliklə, yunanıstanlı oyunçunun Super Liqanın 23-cü turunda “Qalatasaray”la matçda iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 6-da keçiriləcək.
Pelkas bu mövsüm 20 oyunda 5 qol vurub və 6 qolun ötürməsini verib.