"Real"ın futbolçusu Marselo zədələnib.
Axin.az İspaniya mətbuatına istinadən xəbər verir ki, əzələsində problem olan 32 yaşlı müdafiəçinin La Liqada mövsümün qalan hissəsini buraxacağı bildirilib. Onun bərpa müddətinin təxminən 3 həftə çəkəcəyi vurğulanıb.
Qeyd edək ki, Marselo bu mövsüm 23 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.