"Fənərbaxça" futbolçusu Maurisio İsla ilə yolları ayırıb.
Axin.az klubun saytına istinadən xəbər verir ki, çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, M.İsla 2017-ci ildən İstanbul təmsilçisində oynayırdı. O, bu mövsüm ölkə çempionatında 19 matçda iştirak edib.