Balakəndə sürücünün idarəetməsindən çıxan avtomobil ağaca çırpılaraq yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tülü kəndində qeydə alınıb.
Məlumata görə, qəzaya uğrayan “Nexia R3” markal avtomobil alışarkən, 35 yaşlı sürücü Arus Dinavasov sükan arxasından çıxa bilməyib. Onun yanmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Axın.az