Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.
Axin.az APA-ya istinadən xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.
Qadın sürücünün idarə etdiyi avtomobil 7-i azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.