axin.az

SON DƏQİQƏ

“Azərsu” rəsmisi: “Yayda su problemi yaranarsa, maşınlarla daşıyacağıq” - VİDEO

25-06-2021, 15:09



“Düşünürəm ki, bu il su ilə bağlı elə də ciddi problemimiz olmayacaq. Əgər hər hansı lokal problem yaranarsa, suyun maşınlarla daşınması yolu ilə problemi həll edəcəyik”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, fors-major hallarda əhalinin su təchizatında problem yaranması istisna deyil:

“Maksimum çalışırıq ki, vətəndaşların suya olan tələbatını ödəyək, hamı su alacaq. Hətta ötən ildən təcrübəmiz var. Suyun çatmadığı elə yerlər var ki, maşınlarla suyun daşınmasını təmin etdik. Vətəndaşlar pulsuz ondan istifadə etdilər.

Fors-major hallarda müəyyən çətinliklərin yaranması istisna deyil. Magistral kəmərlərdə qəza baş verərsə, müəyyən çətinliklərimiz yarana bilər. Qəzaların aradan qaldırılması 5-10 saat vaxt apararsa, onun su təchizatı sisteminə təsiri 1-2 gün davam edir. Çünki rejim tənzimlənmələrinin aparılması, anbarların boşalıb-doldurulması, xətlərdə təzyiqin formalaşdırması müəyyən qədər vaxt tələb edir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA