Bakı şəhəri, Nizami rayonunda içməli suyun verilişində fasilələr olacaq.
Bu barədə Axin.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, ərazidən keçən su xəttində qəza baş verib.
Ərazidə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində axşam saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.