Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağ üzrə işçi qrupun erməni tərəfdən nümayəndə heyətinin tərkibini təsdiqləyib. Sərəncama əsasən, baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun həmsədri, xarici işlər nazirinin müavini Armen Qevondyan isə onun müavini təyin edilib. İşçi qrupuna müxtəlif istiqamətləri təmsil edən sahə mütəxəssislər də daxil edilib. Azərbaycan tərəfdə də dəqiqləşibmi tərkib? Fevralın 8-də Moskvada işçi qruplarının ilk toplantısı olmalıdır. Martın 1-ə isə kommunikasiyaların açılması ilə bağlı konkret tədbirlər planı üç ölkə liderlərinin masası üzərində olmalıdır. Çatdıra biləcəklərmi?
Həbsdəki sabiqlər. Eldar Həsənov, Səlim Müslümov. Bu həbsləri birləşdirən ortaq səbəblər nədir?
Korrupsionerlərin həbsi korrupsiya çarxını dayandırırmı, zəiflədirmi? İndiyədək vəzifədən gedən korrupsiyada ad çıxarmış nazirləri sadalamaq. Fazil Məmmədov, Ziya Məmmədov və s. bunları da həbs gözləyirmi? Onlardan sona vəziyyət necədi o sahələrdə?
Dövlət başçısının fərmanı ilə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib. Bu proses İH başçılarının, bu institutun mövqeyinin zəiflədilməsinə, sonunda ləğvinə aparır, deyəsən. Bu, mümkün görünürmü?
Məmurlar oğurladıqları, taladıqları dövlət pullarını niyə Londona yatırır? İstisnasız olaraq hamısının Londonda bir oğlu, xeyli mal-mülkü var. Bunun özəl səbəbi varmı?
Bu və digər sualları bu gün saat 11.50-də Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.