Azərbaycan futzal millisinin sabiq baş məşqçisi Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.
“Report”un əldə etdiyi məlumata görə, braziliyalı mütəxəssis Çexiyanın “Era-Pak” klubunu çalışdıracaq.
Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 54 yaşlı məşqçi paralel olaraq yığmanın baza klubu sayılan “Araz-Naxçıvan”ı da çalışdırıb.
Axın.az