Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Axın.az xəbər verir ki, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançımız ikinci təsnifat mərhələsində 286 xal toplayıb.
İlk gündə 281 xal qazanmış idmançımız yekunda 567 xal toplaya bilib. Lakin bu nəticə Lunyovun finala yüksəlməsinə imkan verməyib.
Bununla da Olimpiya mükafatçısı İradə Aşumovun oğlu olan Ruslan Lunyov Olimpiadanı medalsız başa vurub.