axin.az

SON DƏQİQƏ

Azərbaycanlı velosipedçi Olimpiadada qəza etdi

24-07-2021, 11:19



Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Axın.az xəbər verir ki, velosipedin şose növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.

130 velosipedçinin qatıldığı 234 kilometrlik məsafədə olan yarışda 34 yaşlı idmançımız yıxılıb. Hadisə şosenin 57-ci kilometrliyində baş verib.

Qeyd edək ki, yarışın startında iki velosipedçinin koronavirus testi müsbət çıxdığından, onlar mübarizəyə qoşulmayıb.

Xatırladaq ki, bu gün daha iki idmançımız – cüdoçular Kəramət Hüseynovla Aişə Qurbanlı da Olimpiadanı medalsız başa vurub.

Səbuhi Musayev


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA