axin.az

SON DƏQİQƏ

İslamiadanın azərbaycanlı qalibindən Olimpiadada uğursuz start

24-07-2021, 11:10



Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarına uğursuz start verib.

Axın.az xəbər verir ki, İslamiadanın qalibi 10 metr məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb.
Təmsilçimiz altı atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. Beləliklə o, final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Olimpiya mükafatçısı İradə Aşumovanın oğlu olan Ruslan Lunyov avqustun 1-də 25 metr məsafəyə atəşaçmada da gücünü yoxlayacaq. O, məhz 25 metr məsafədə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA