İspaniyanın “Barselona” klubu daha bir transferi reallaşdırıb.
Axın.az xəbər verir ki, klub ispaniyalı mərkəz müdafiəçisi Erik Qarsiyanın keçidini açıqlayıb.
20 yaşlı futbolçu “Mançester Siti”dən sərbəst futbolçu kimi Kataloniya təmsilçisinə qayıdıb. 2017-ci ildə “Barselona” Akademiyasından “Mançester Siti”yə qoşulmuş futbolçu ilə beş illik müqavilə imzalanıb.
Qeyd edək ki, dünən “Barselona” “Mançester Siti”dən argentinalı hücumçu Serxio Aqueronu transfer etdiyini açıqlamışdı. 32 yaşlı futbolçu ilə iki illik müqavilə bağlanılıb.