Göyərçin üstündə mübahisə qətllə nəticələnib.
Hadisə Şanlıurfada baş verib. 16 yaşlı Cəlal Badem ilə dostları 14 yaşlı M.A.K. və 16 yaşlı qardaşı K.K. arasında evdə saxladıqları göyərçin üstündə mübahisə baş verib. Mübahisə davaya çevrilərkən Celal Badem iki qardsaş tərəfindən başına daş parşası ilə vurularaq xəsarət alıb.
Aldığı zərbədən yerə yıxılan Badem yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən iki qardaş jandarma tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Axın.az