axin.az

SON DƏQİQƏ

“AvtoVAZ” istehsalı müvəqqəti dayandıracaq

27-04-2020, 20:55

“AvtoVAZ” istehsalı müvəqqəti dayandıracaqRusiyanın ən böyük avtomobil istehsalçısı “AvtoVAZ” şirkəti aprelin 29-dan mayın 18-na qədər istehsalı dayandıracaq.

“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin həmkarlar təşkilatının sədri Sergey Zaytsev məlumat verib.

Xatırladaq ki, bundan əvvəl "AvtoVAZ"ın satışının koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 0-a yaxınlaşdığı, şirkətin xərclərinin artdığı bildirilmişdi.

Avropa Biznes Assosiasiyasının (EBA) məlumatına görə “AvtoVAZ” ötən ay daxili bazarda 79,6 min ədəd “Lada” tipli avtomobil satıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3% azdır.

Xatırladaq ki, "AvtoVAZ” “Renault – Nissan – Mitsubishi” alyansının üzvüdür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA