axin.az

SON DƏQİQƏ

Kürdəmir sakinləri ÇƏTİN DURUMDA... - GİLEY

16-03-2020, 12:21

Kürdəmir sakinləri ÇƏTİN DURUMDA... - GİLEYKürdəmir rayonu Bağman kənd sakinləri tərəfindən Axin.az-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Kürdəmir rayon İcra hakmiyyəti başçısı Ceyhun Cəfərovun korrupsiya əməlləri nəticəsində Bağman kəndinə məxsus 285 hektar örüş sahələri qanunsuz olaraq uzun müddətli icarəyə verilmiş və həmin şəxslər örüş torpaqlarını qanunsuz olaarq əkmişdilər.Nəticədə də kənd saknləri heyvanlarını otarması üçün örüşsüz qalıblar.Bu isə bir kəndin əhalisinin məhv olması deməkdir.
Belə ki, aqrar islahat zamanı kənd sakinlərinə pay torpaqları verildi, 285 hektar ümumi örüş sahəsi ayrıldı, 16 hektar perespektiv inkişaf üçün torpaq sahəsi ayrıldı, 56 hektar isə yararsız hesab edildi.
Hazırda həmin 285 hektar örüş torpaq sahəsi Bağman bələdiyyəsinin keçmiş sədri Vidadi Pirişov tərəfindən ailə üzvülərinə və yaxın qohumlarını uzun müddətli icarəyə verilmiş həmin şəxslər isə təyinat dəyişdirilmədən həmin torpaqları əkiblər.Bu isə cinayət əməli hesab edilir.Bağman bələdiyyəsinin sabiq sədri Vidadi Pirişov bu cinayəti icra başçısı Ceyhun Cəfərovun razılığı ilə onunla əlbir olub etmişdir.
Diqqət edin 285 hektar örüş sahəsinin çox hissəsini öz ailə üzvülərinə və yaxın qohumlarına icarəyə verib.
Qardaşı Natiq Pirişova 8 hektar, qardaşı Qədir Pirişova 14 hektar, qardaşı Abbas Prişova 17 hektar, əmisi Vahid Pirişova 4 hektar, əmisi oğlu Əlizadə Pirişova 12 hektar, əmisi oğlu Aqil Prişova 4 hektar, əmisi oğlu Zülfüqar Prişova 6 hektar, oğlu Sərvər Prişova 10 hektar, qardaşı Rafiq Prişova 40 hektar örüş sahəsini uzun müddətli icarəyə vermişdir.Həmçinin digər şəxslər Saleh Qasımova 10 hektar, Ənvər Əmrahova 5 hektar, Eminəxatun Dadaşovaya 55 hektar örüş torpaqlarını uzun müddətli icarəyə vermişdir.
Vidadi Prişov bu cinayəti tək icra başçısı Ceyhun Cəfərovla əlbir olub etməmişdir.Ona bu cinayətin saxta sənədlərlə leqallaşdırılmasında 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasımov köməklik etmişdir. 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimov küllü miqdarda rüşvət müqabilində bu cinayətə imza atmışdır.Hansı ki, ümumi istifadədə olan kəndin örüş torpaqlarının hərraca çıxarılıb icarəyə verilməsi və örüş torpaqlarında təyinat dəyişdirilmədən əkin işləri aparılması cinayət əməlidir.Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə bir başa nazirlər kabinetinin səlahiyyətinə aiddir.
3 nəfər vəzifəli şəxsin əlbir olub törətdikləri cinayət əməli nəticəsində Bağman kənd saknləri aclıq yoxsulluq içində yaşamağa məhkum olublar.Çünk Bağman kənd sakinlərinin əsas qazancı heyvandarlıqdır.Örüş yeri olmayanda isə sank kənd sakinləri məhv olacaqlar.Bizə qarşı edilən bu cinayət əməli barədə kənd sakinləri birlikdə orqanlara geib əyani şikayətlər etmişik. Prezident Administrasiyasında, Ədliyyə Nazirliyində, Əmlak Məsələləri Dövlət Komitəsində, Göyçay Regional Ədliyyə İdarəsində və Kürdəmir rayon icra hakimiyyətində bizi qəbul edib dinləyən vəzifəli şəxslər məsələni araşdırıb problemi tez bir zamanda həll edəcəklərinə söz versələrdə indiyə qədər heç bir tədbir görülməyib.Çünki bu cinayətin başında bir başa icra başçısı Ceyhun Cəfərov dayanıb.
Ceyhun Cəfərov həmin icra başçısıdır ki, həyətində işlətdiyi fəhlə faciəli şəkildə ölsədə buna görə ona gözün üstə qaşın var deyən olmadı.Bu adam icra başçısı yox sanki mafiya başçısıdır.
Bir neçə gün əvvəl su problemin həll edilməməsinə etiraz edən Ucar rayonu Bərgüşad kənd sakinləri Bakı-Qazax magistral yolunu bağladıqdan sonra məsələ həllin tapdı, problem aradan qaldırıldı.Etirazçılar yolu bağlayan kimi rayonun icra başçısı şəxsən ora gəlib söz verdi.İndi bizimdə bir əlacımız qalıb ki, kəndimizdən 12 km aralıda olan Bakı-Qazax yolunu bağlayıb etiraz edib səsimizi prezidentə çatdıraq.Çünki artıq bışaq sümüyə dirənib aclıqdan məhv olmaq üzrəyik.
Biz Bakı-Qazax yolunu bağlamazdan əvvəl mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik.
Cənab Prezident xahiş edirik komissiya yaradın Kürdəmir rayonu Bağman kəndinə göndərib gəlib icra başçısı Ceyhun Cəfərovun, keçmiş bələdiyyə sədri Vidadi Prişovun və 10 saylı Əmlak İdarəsinin rəisi Nizami Qasimovun əlbir olub törətdikləri cinayəti araşdırıb barələrində ciddi tədbirlər görsünlər kəndin örüş torpaqları quldurlardan alınıb kəndlilərə qaytarsınlar".

Axin.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA