Axın.az məlumat verir ki, ermənilər öz məkrli planlarından əl çəkmədikləri kimi dezinformasiyalar yaymaqdan da heç də geri qalmırlar. "Armenia news"-dan əldə edilən paylaşımı sizlərə təqdim edirik.
"5 aprel saat 17:05-də Çinari kəndində (Tavuş vilayəti) və saat 17:30-da Verin Şorjada (Geqarkunik vilayəti) Azərbaycan silahlı qüvvələrinin bölmələri ermənilərin döyüş mövqelərini atıcı silahlardan atəşə tutublar.
Eyni zamanda, Ermənistan Respublikasının Müdafiə Nazirliyi aydınlaşdırır ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda iddia olunur ki, aprelin 5-də saat 17:25 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqeləri yerləşən mövqelərini atəşə tutublar".
Hərbi meydanda qələbə qazana bilməyən Erməni dövləti indi də yaydıqları dezinformasiyalarla özlərini inandırmağa çalışırlar.