Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib.
Axın.az xəbər verir ki, matçın 45+1-ci dəqiqəsində Deyli Blind Niderlandın ikinci qolunu vurub.
İlk hissə 2:0 hesabı ilə başa çatıb.
19:16
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab açılıb.
Axın.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində Depay Niderlandı önə çıxaran qola imza atıb.
19:02
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüş başlayıb.
Axın.az xəbər verir ki, matç saat 19:00-da start götürüb.
18:18
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.
Axın.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo
ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.