DÇ-2022: Yaponiya Almaniyaya qalib gəldi - VİDEO

18 23-11-2022, 21:17 İdman / Video



Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyunu başa çatıb.

Axın.az xəbər verir ki, qarşılaşma “gündoğar ölkə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

18:49

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyununda növbəti qol vurulub.

Axın.az xəbər verir ki, qarşılaşmanın 83-cü dəqiqəsində Asano Yaponiyanı hesabda önə çıxarıb.

18:38

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində keçirilən Almaniya - Yaponiya oyununda növbəti qol vurulub.

Axın.az xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində Yapniyanın heyətində Doan hesabı bərabərləşdirib.

18:06

Almaniya - Yaponiya görüşündə ikinci hissə start götürüb. İlk hissədən sonra Almaniya millisi 1-0 hesabı ilə öndədir.

17:51

Almaniya - Yaponiya görüşündə ilk hissə başa çatıb. İlk hissədən sonra avropalılar rəqibini 1-0 hesabı ilə üstələyir.

17:34

Almaniya millisi görüşün 33-cü dəqiqəsində hesabda önə çıxıb. İlkay Gündoğan penalti zərbəsindən fərqlənib.

17:01

Dünya çempionatının qrup mərhələsi çərçivəsində Almaniya və Yaponiya milliləri arasında görüş start götürüb.

16:34

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək Almaniya və Yaponiya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

Almaniya: 1. Manuel Noyer (q) (k), 2. Antonio Rüdiger, 3. David Raum, 15. Niklas Süle, 23. Niko Şlotterbek, 6. Coşua Kimix, 21. İlkay Gündoğan, 10. Serj Qnabri, 14. Camal Musiala, 13. Tomas Müller, 7. Kai Havertz

Yaponiya: 12. Şuiçi Qonda (q), 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 19. Hiroki Sakai, 4. Ko İtakura, 6. Vataru Endo, 26. Hiroki İto, 15. Daiçi Kamada, 17. Ao Tanaka, 11. Takefusa Kubo, 25. Daizen Maeda

Qeyd edək ki, Almaniya - Yaponiya oyunu saat 17:00-da start götürəcək.

XƏBƏR LENTİ