Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb. Fakt araşdırılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib.