Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda 2-ci hissə start götürüb.
İlk yarıdan sonra Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
20:03
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda ilk hissə başa çatıb.
Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
19:35
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.
Cənubi Amerika təmsilçisindən Corcian de Arraskaeta 32-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub.
19:28
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab açılıb.
26-cı dəqiqədə fərqlənən Corcian de Arraskaeta Cənubi Amerika təmsilçisini önə keçirib.
19:05
Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
18:00
Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Qana və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.
Axın.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:
Qana: 1. Laurens Aitiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams
Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Giorgian de Arrascaeta, 2. Xose Mariya Ximenes, 13. Guillermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.