“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi bir neçə il bundan əvvəl “Mançester Siti”yə keçməyə çox yaxın olduğunu açıqlayıb.
“Mən məşqçimin Pep Qvardiola olmasını arzulayırdım. Bu arzumun yerinə yetməsinə ən yaxın olduğum vaxt 2016-cı ildir. “Siti”yə keçidin bir addımlığındaydım. Bir neçə detalı dəqiqləşdirmək qalmışdı ki, “Yuventus” qəfil məni satmamağı qərara aldı”, - deyə L.Bonucci bildirib.
Mənbə: “The Athletic”