Azərbaycan idmanının “ağır artilleriya”sı sayılan güləşçilərimizin Tokio Olimpiadasında rəqibləri müəyyənləşib.
Axın.az xəbər verir ki, üçqat Olimpiya mükafatçımız Mariya Stadnik (50 kq) yeni mübarizə həyəcanına Stalvira Orşuşla (Rusiya) başlayacaq.
Sərbəst güləşdə Olimpiya mükafatçımız Hacı Əliyev (65 kq) Adama Diatta (Seneqal) ilə güləşəcək. Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) isə ilk görüşdə son Olimpiya çempionu Abdulrəşid Sadullayevi (Rusiya) məğlub etməyə çalışacaq.
Qeyd edək ki, hər üç güləşçimiz sabah mübarizə aparacaq.
Səbuhi Musayev