"Yuventus"un futbolçusu Matteyis De Liqt karyerasını İspaniyada davam etdirə bilər.
AXİN.AZ "Sport.es"ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçini "Barselona" heyətinə cəlb etmək istəyir.
Kataloniya klubunun baş məşqçisi Ronald Kumanın Niderland millisində birgə çalışdığı futbolçunu yola gətirəcəyi bildirilib.
Qeyd edək ki, bu mövsüm "Yuventus"un heyətində 30 oyuna çıxan 21 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro dəyərindədir.