Mövsümün ikinci hissəsi üçün hazırlıq prosesini davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununa çıxır.
Axin.az Qol.az-a istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Qəbələ” ilə qarşılaşır.
Komandanın ilk yoxlama görüşü “Zirə”yə qarşı olub. Matç “Sumqayıt”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın turnir cədvəlində 16 xalla 4-cü, "Qəbələ" isə 15 xalla 5-cidir.