Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına start veriləcək.
Axin.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. "Zirə" "Sabah"ı, "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun digər iki görüşü sabah oynanılacaq.
1 fevral (şənbə)
15:00. “Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
17:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”
2 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu,
17:30. “Səbail” – “Qarabağ”
“ASCO Arena”