İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məğşul olan zavodda partlayış baş verib.
Axın.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb. "Kimya zavodunda baş verən partlayışın səbəbləri araşdırılır, yaralılardan doqquzu xəstəxanaya çatdırılıb" , - yerli təcili tibbi yardım mərkəzinin sözçüsü Abbas Abedin bildirib.