Rusiyada kimyəvi fabrikin buxar qazanının partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
AXİN.AZ xəbər verir ki, hadisə Orenburq bölgəsindəki Soroçinsk şəhərində qeydə alınıb.
Partlayış nəticəsində 59 yaşlı növbə rəisi ölüb, digər 2 işçi xəsarət alıb. Yaralanan şəxslərin ağır yanıq xəsarətləri aldığı və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilib.