Bayden Adminstrasiyasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasının ardından Prezident İlham Əliyevə ABŞ Dövlət Katibi Anthony Blinkenin zəng edərək ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın davamlı əhəmiyyətini vurğulaması və bir sıra məsələləri müzakirə etməsi gələcək münasibətlərin istiqamətini müəyyənləşdirir.
Millət vəkili Tural Gəncəliyev bildirdi ki, regionun əsas lider ölkəsi olan Azərbaycana zəng olunması, xüsusilə də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığının qeyd edilməsi açar ölkə olaraq Azərbaycanın gücünü bir daha ortaya qoymuş olur.
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqrımı ifadəsini səsləndirməsinin ardından Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib.