Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilin ikinci inflyasiya hesabatında 2021-ci ilin sonu üçün inflyasiya proqnozunu artırıb.
AXİN.AZ Marja.az-a istinadən xəbər verir ki, əvvəlki hesabatda 9,4% olan 2021-ci il sonu inflyasiya təxmini 12,2% səviyyəsinə dəyişdirilib. 2022-ci il üzrə proqnoz isə yarım bənd artımla 7,5% müəyyən olunub.
2021-ci ilə dair qida inflyasiyası proqnozu 11,5%-dən 13%-ə yüksəldilib.
TCMB-nin yeni sədri Şahap Kavcıoğlu ilk hesabat təqdimatını keçirib.