"Müharibə zamanı paytaxta gedib təcavüzkar ölkənin nümayəndəsi olan bir şəxslə görüşmək olmaz".
AXİN.AZ xəbər verir ki, bu sözləri Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov Ukrayna prezidentinin Rusiya lideri Vladimir Putinin danışıqlar üçün Moskvaya dəvət təklifini niyə qəbul edə bilməyəcəyini izah edərkən "Savik Şusterin Söz Azadlığı” YouTube kanalına deyib.
Baş nazirin müavini Rusiya prezidentinin təklifini "qəribə" adlandırıb, çünki belə bir görüş Normandiya formatı çərçivəsində, yəni Fransa və Almaniya liderlərinin iştirakı ilə olmalıdır.
Daha əvvəl Rusiya prezidenti deyib ki, Vladimir Zelenski Kiyevlə Moskva arasındakı münasibətləri bərpa etməyə başlamaq istəsə, Rusiya bunu yalnız alqışlayacaq. Putin Ukrayna liderini onun üçün əlverişli olan istənilən vaxt Moskvada qəbul etməyə hazır olduğunu bildirib.