Hər şey Putindən asılıdır – Ukrayna

Dünya
7 Nis 2021
17:15


Ukraynanın şərqindəki situasiyanın gələcək inkişafı Rusiya Prezidenti Vladimir Putindən asılıdır.

Axin.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Onun sözlərinə görə, ən böyük problem aqressor ölkənin liderinin insanlara mərhəmətinin olmamasıdır:

“Biz öz tərəfimizdən hansısa gərginlik planlaşdırmırıq. Hər bir əsgərimizin həyatını qiymətləndiririk və istəyirik ki, hər şey tezliklə başa çatsın. Ukrayna prezidenti ondan asılı olan hər şeyi edir. Putinin insanlara yazığı gəlmir, bu isə böyük problemdir”.