Rusiya və Ukrayna arasında savaş qaçılmazdır.
Axar.az xəbər verir ki, bunu qondarma Donetsk “xalq respublikası”nın keçmiş “müdafiə naziri” İqor Strelkov deyib.
“Müharibə qaçılmazdır, amma apreldə onun olması yalnız böyük ehtimaldır. Rusiya və rus xalqı üçün müharibə gec olmaqdansa, indi daha uyğundur. ABŞ Ukraynanı birbaşa dəstəkləməyəcək. Vaşinqton 99% döyüşməyəcək”, – deyə o bildirib.