Sumqayıt şəhərində 26 yaşlı qızı öldürməyə cəhddə təqsirləndirilən Abdul Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Axin.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rahib Salmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2020-ci il iyulun 22-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu - 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Daha sonra Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.