“10 ölkə dünyadakı koronavirus peyvəndlərinin 75 faizini alıb, halbuki 130 ölkəyə bir doza belə peyvənd göndərilməyib”.
Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş deyərək mövcud haqsızlığa etiraz edib. BMT Təhlükəsizlik Şurası iclasında verdiyi açıqlamada QuterreŞ, "inanılmaz dərəcədə qeyri-sabit və ədalətsiz" adlandırdığı bu vəziyyəti düzəltmək və dünyadakı hər kəsin ən qısa müddətdə peyvənd edilməsi üçün qlobal etiraz çağırışı edib.