“Dünyanın ən inkişaf etmiş ölkələrində vaksin problemi var”.
Axin.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sosial Təyinat Mərasimində çıxışı zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə vaksin məsələsində inamlı addımlar atır: “Sürətlə peyvənd alırıq. İlkin mərhələdə 50 milyon doza vaksin ölkəmizə gətiriləcək və peyvəndlənmə davam edəcək”.